"Dərsliklərin belə qısa müddət ərzində hazırlanması, ilk növbədə müəllimlər üçün tədris prosesində çətinliklər yaradır. Ona görə də biz hesab edirik ki, bu təcrübə dəyişilməlidir". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov belə deyib.
Nazir deyib ki, gələn il Azərbaycanda orta məktəb şagirdləri üçün dərsliklərin yeni texnologiya ilə hazırlanması nəzərdə tutulur: "Hazırkı praktikaya əsasən, dərsliklərin, xüsusilə yeni kurrikulum əsasında hazırlanan dərsliklərin çapı tədris ilinin başlanmasına çox qısa bir müddət qalmış təhvil verilir. Müəllimlər yeni dərsliklərlə tanış olmaq üçün kifayət qədər vaxt əldə etmirlər. Bunun nəticəsində istənilən texniki və digər mexaniki səhvlərin aradan qaldırılması üçün demək olar ki, kifayət qədər vaxt qalmır. Hesab edirik ki, bu təcrübə dəyişilməlidir".
Mikayıl Cabbarovun sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması prosesində texnoloji dəyişikliklər baş verəcək: "Dərsliklərin hazırlanması ən azı bir tədris ilində başa çatmalıdır. Həmin dərsliklər əvvəlcə müəyyən pilot məktəblər və siniflərdə bir il sınaqdan keçirilməlidir. Bununla əlaqədar dərslik hazırlanması ilə məşğul olan mütəxəssislərin işi mükəmməl səviyyədə, müvafiq zaman ərzində, vaxt məhdudiyyəti olmadan keyfiyyətli həyata keçirilir. Lakin bu, vaxt tələb edəcək. Təbii ki, cari tədris ilində bu məsələnin reallaşması qeyri-mümkündür. Çünki artıq tədris ilinin sonudur. Amma gələcəkdə, 2014-cü tədris ilinin əvvəlindən biz bu prosesi tətbiq etmək niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB