Təhsil Naziri müəllimlərin əməkhaqqının artırılmasından danışdı

Təhsil Naziri müəllimlərin əməkhaqqının artırılmasından danışdı

"Müəllimlərin əməkhaqqının artırılması məsələsinə gözübağlı yanaşmaq bir az tələsik və qeyri-peşəkar olar". SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, hazırda bu istiqamətdə müəyyən prinsiplər araşdırılır: "Müəllimlərin maaşlarının artırılması ciddi məsələdir. Bu məsələnin tədrisin keyfiyyəti və bir sıra digər amillərlə bağlılığı var".

Mikayıl Cabbarov 2012-ci ildə attestat ala bilməyən məzunlar barədə də danışıb: "Cari ildə attestatların bütün məzunlara verilməsi ilə bağlı qərar tədris ilinin sonunda verilib. Ötən il attestat ala bilməyənlərlə bağlı bir neçə gün ərzində işin icrası qeyri-mümkündür. Düşünürəm ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə məsələnin həlli üçün addımlar atacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə