Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərinin vətəndaşlarını qəbul edəcək

Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərinin vətəndaşlarını qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Göyçay şəhərində keçiriləcək qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Ağsu rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər, Şamaxı rayonunda keçiriləcək qəbulda isə Şamaxı, Qobustan, İsmayıllı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Göyçay şəhərində qəbul iyunun 5-də Göyçay Heydər Əliyev mərkəzində, Şamaxı şəhərində qəbul iyunun 7-də Şamaxı Heydər Əliyev mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) vəya TQDK-nın Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə tel (020) 2746674) xahiş olunur.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə