TQDK şagirdlərə müraciət edib

TQDK şagirdlərə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət edib. Komissiyadan SİA-ya verilən məlumata görə, iyun ayının 2-də və 7-də buraxılış imtahanı verəcək orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələri http://tqdk.gov.az/brxvbi/ saytında yerləşdirilib.

Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən ( nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə