Təhsil Naziri Şirvanda vətəndaşları qəbul edib FOTOLAR

Təhsil Naziri Şirvanda vətəndaşları qəbul edib FOTOLAR

Təhsil Naziri Şirvanda 9 rayondan olan vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərində Şirvan şəhəri daxil olmaqla Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Saat 10:00 da başlayan qəbula xeyli sayda gələnlər insanlar vardır. Nazir vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli üçün lazımı tapşırıqlarını verdi. Nazirin qəbulunda qeyd olunan 9 rayonun təhsil şöbələrinin müdirləridə iştirak edirdi. Nazirə olunan müraciətlərin əksəriyyəti işə qəbulla olub. Mikayıl Cabbarov jurnalistlər üçün brifinq keçirərək sualları cavablandırıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə