Təhsil Naziri: "Türkiyədə təhsil almaq istəyən gənclər səfirliyə müraciət etsinlər"

Təhsil Naziri: "Türkiyədə təhsil almaq istəyən gənclər səfirliyə müraciət etsinlər"

"Bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən gənclərə yanlış məlumatlar və universitetlərdə olmayan ixtisaslar barədə yalançı vədlər verirlər. Buna görə də Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən tələbələrə və onların valideynlərinə müraciət edib". SİA-nın xəbərinə görə, Türkiyənin təhsil naziri Nəbi Avcı bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr Türkiyədə təhsil almaq üçün səfirliyə müraciət etsələr, bu sahədə daha real imkanlar əldə edəcəklər: "Türkiyədəki universitetlərə qəbul üçün müraciətlər artıq internetlə mümkün olduğundan, gənclər ya birbaşa universitetlərə, ya da Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər. Azərbaycanlı gənclərin məhz oxumaq üçün Türkiyəyə gəlmələrinə çox şadıq. Yetər ki, onlar bu universitetlərə etibarlı yollarla daxil olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə