"Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Dövlətimizin iqtisadiyyatı getdikcə inkişaf edir, yeni iş yerləri yaradılması nəticəsində peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır". SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Türkiyənin təhsil naziri Nabi Avcı ilə birgə mətbuat konfransında çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, müasir məzmunlu tədris prosesi dedikdə peşə təhsilinin adının sadəcə diplomda yazılması nəzərdə tutulmur.
"Tədris prosesinin qurulması, özəl sektorla peşə təhsili arasında mexanizmlərin tətbiqi sahəsində Türkiyənin təcrübəsi böyükdür. Məhz bu səbəbdən Türkiyə təhsil nazirinin Azərbaycana səfəri çərçivəsində konkret layihələrdən daha çox peşə təhsili sahəsində tədris prosesinə yanaşma, tədris prosesinin təşkili, onun iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması kimi məsələlər müzakirə edilib. Biz Türkiyənin bu sahədəki təcrübəsini öyrəndik və gələcəkdə peşə təhsili sahəsində tədris prosesinin düzgün qurulmasında bu təcrübədən istifadə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB