ADU-da konfransa yekun vurulub
Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan Dillər Universiteti və Oslo Universiteti: Əməkdaşlıqda yeddi illik nailiyyətlər və təcrübələr" mövzusunda konfransa yekun vurulub. ADU-dan SİA-ya verilən məlumata görə, bölmə iclaslarında ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi, doktorantura pilləsinin tələbəsi Mehriban Babaxanovanın moderatorluğu ilə Norveçin Azərbaycandakı keçmiş səfiri Yon Ramberq: "Azərbaycanda 2007-2010-cu illərdə səfir kimi fəaliyyəti dövründə elmi əməkdaşlığın təqdimi", Şəfəq Məmmədova: "Pilot proqramında müəllimlik", Oslo Universitetinin Beynəlxalq Yay Məktəbinin direktoru Einar Vannebo: "Azərbaycanda Beynəlxalq Yay məktəbi", Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov: "Beynəlxalq Yay Məktəbi müəllim gözü ilə", 2011-2012-ci illərdə Bakıda Norveç dili müəllimi Erik Juriks: "Akademik yazı və oxu tədrisi", Oslo Universitetinin nümayəndələri Terese Gjessing və Layn Hog: "Norveçdə azərbaycanlı tələbələrin qəbulu" mövzularında mühazirələrlə çıxış ediblər. Layihə rəhbəri Vibeke Roggenin moderatorluğu ilə ADU-nun müəllimi, doktorantura pilləsinin tələbəsi Vüsalə Əfəndiyeva: "Müasir Azərbaycan-Norveç əlaqələrində Tur Heyerdalın əhəmiyyəti", Azərbaycan Dillər Universitetinin Skandinaviyaşünaslıq proqramı üzrə hal-hazırda Statoildə təcrübəçi İlahə Cəfərova : "Azərbaycan və Norveçdə iş mədəniyyəti", Regionşünaslıq kafedrasının müdiri, ADU-nun müəllimi, dosent Sevdagül Əliyeva: "Azərbaycan və Norveçdə milli inkişafın müəyyənləşdirilməsi", ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi, doktorantura pilləsinin tələbəsi Mehriban Babaxanova: "Azərbaycan və Norveç parlamentlərində nəzarət funksiyaları" mövzularında məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə