"Orta məktəblərdə "Son zəng"in keçirilməsi ilə əlaqədar lazımi tədbirlər həyata keçirilib". SİA-nın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, "Son zəng" gənclərin ən xoş emosiyalarla yaddaqalan günlərindən biridir: "Hər birimiz orta məktəb şagirdi olmuşuq. Ona görə də hər bir dövlət məmurunun, Təhsil Nazirliyinin, məktəb direktorlarının, yerli təhsil şöbələrinin rəhbərlərinin işi gənclərin yaddaşında "Son zəng"in xoş xatirələrlə yadda qalmasına kömək etməkdən ibarətdir. Təhsil Nazirliyi müvafiq strukturlarla birgə bu prosesi uğurla həyata keçirmək üçün zəruri işləri davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB