Təhsil naziri: "Hansı sahələrdə kadrlara ehtiyac olacağını bilməliyik"
"Biz Azərbaycanda daha çox hansı sahələrdə kadrlara ehtiyacın olacağını bilməliyik. Hazırda Azərbaycanda müxtəlif sahələrdə kadrlara ehtiyac var. Həmin tələbata uyğun Azərbaycanda kadr hazırlanması işinin təşkili vacibdir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin III konqresində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycan təhsil sahəsində islahatları beynəlxalq universitetlərlə əməkdaşlıq şəraitində davam etdirmək niyyətindədir.
Mikayıl Cabbarov qeyd edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində hazırda xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayı 1200-ə yaxındır: "Bu proqramı Ümummilli lider Heydər Əliyevin siyasətinin davamıdir. 1990-cı ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk olaraq, Heydər Əliyev tərəfindən 100-ə yaxın tələbə Türkiyəyə təhsil almaq üçün göndərilib".
"Bu yaxınlarda Naxçıvana getmişdim. Naxçıvanın 25 il blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Universiteti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Orda dünyanın bir neçə ölkəsindən 200-ə yaxın tələbə oxuyur. Universitetin 75-ə yaxın beynəlxalq müqaviləsi var. Universitet həm də 5 beynəlxalq layihədə iştirak edir", - deyə təhsil naziri sözlərinə əlavə edib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB