“21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"

“21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"

Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi "21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçiriləcək. SİA-ya verilən məlumata görə, tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edəcək. Daha sonra BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk çıxış edəcək.

Sonra tələbələrin ifasında V.Şekspirin əsərlərindən ibarət monoloqlar nümayiş olunacaq. ADU-da fəaliyyət göstərən Norveçli müəllim Roqnhild Torinin ingilis dilinə tərcümə etdiyi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının qısa təqdimat mərasimi keçiriləcək. Daha sonra 169 saylı orta məktəbin şagirdləri "Leyli və Məcnun" poemasından ingilis dilində səhnəciklər göstərəcəklər.

Tədbirin ikinci hissəsi isə universitetin həyətində mini festival şəklində keçiriləcək. Festivalda 20-ə yaxın ölkənin mədəniyyətlərini əks etdirən guşələr (bayraqlar, atributlar, suvenirlər) göstəriləcək, müxtəlif ölkələrin rəqsləri, mahnıları nümayiş olunacaq. Tədbirdə Azərbaycandakı müxtəlif səfirliklərin nümayəndələri, Bakının digər ali məktəbləri- Azərbaycan Diplomatiya Akademiyası (ADA) və Bakı Slavyan Universitetindən (BSU) qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə