TQDK nəticələri açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 19-da rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən keçirilən test imtahanının nəticələrini açıqlayıb. Komissiyadan SİA-ya verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

Xatırladaq ki, "Qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə