Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 19-da rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən keçirdiyi imtahan bütün binalarda təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə yaradılıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb. İlkin məlumatlara əsasən müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitapçalarını dəyişdikləri üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki ötən gün TQDK rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib. İmtahan bütün binalarda 13:00-da başlanıb və 45 dəqiqə ərzində aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə