Təhsil naziri Naxçıvan Dövlət Universitetində olub

Təhsil naziri Naxçıvan Dövlət Universitetində olub

Təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. SİA-nın məlumatına görə, nazir Ümummilli Lider Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyəti ilə bağli unikal eksponatlarla tanış olduqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilib.

Görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilib.

Çıxışında Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixi barədə məlumat verib, Saleh Məhərrəmova yeni fəaliyytində uğurlar arzu edib. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışıb.

Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları ücün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Mikayıl Cabbarov Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə tanış olub, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə