Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbələri diplom işinin hazırlanmasının, təcrübə prosesinin və dövlət imtahanlarının may ayında keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, 1 ay müddətində sadalananlara hazırlaşmaq tələbələr üçün çətinlik yaradır. Tələbələrin etirazı ilə əlaqədar Təhsil Nazirliyinin mövqeyini öyrənmək istədik. SİA-nın Nazirliyə ünvanladığı sualın cavabı isə belə oldu: "Hələlik bu məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilmədiyindən rəsmi mövqenin bildirilməsi qeyri-mümkündür".
Qeyd edək ki, artıq ötən gündən etibarən BDU-nun 4-cü kurs tələbələri dövlət imtahanlarının Universtetdə ləğv olunması ilə bağlı təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış online petisiya başladıb. Petisiyada bildirilib: "Bakı Dövlət Universiteti 4-cü kurs tələbələri, Boloniya sisteminə qoşulmuş qabaqcıl ölkələrin universitetlərində müşahidə olunmayan, bizim ölkəmizdə də əksər universitetlərdə ləğv olunmuş may ayının son ongünlüyündə keçiriləcək dövlət imtahanlarının bizim universtetdə də ləğv olunması ilə bağlı Təhsil naziri Mikayıl Cabbarova dövlət imtahanının ləğvi ilə əlaqədar olaraq online petisiya başladırıq. Əsas səbəblər kimi aşağıdakıları göstəririk:
1. Dünya universitetlərinin praktikasında olmaması. Bu, dünya standartlarına uyğunlaşması üçün islahatlara ehtiyacı olan təhsilimizə heç bir faydasının olmadığını, əksinə bəzi xoşagəlməz hallara zəmin yaratdığını göstərir.
2. Ölkəmizdəki bir sıra universitetlərdə olmaması, bizdə saxlanılması, bizim daha çox yükləməyimizə səbəb olur, bu isə ədalətli deyil.
3. Diplom işi yazan, semestr imtahanlarına, magistr imtahanlarının ikinci mərhələsinə hazırlaşan tələbələr üçün əlavə çətinlik törədir, ümümi keyfiyyəti aşağı salır. Həmçinin bu imtahanları biz əvvəlki illərdə semestr imtahanı şəklində verdiyimizdən, dövvlət imtahanı tələbəyə yeni heç nə qatmır, yuxarıda qeyd etdiyimiz kimi, tələbənin əsas yaradıcı işi olan diplom müdafiəsinə hazırlığın keyfiyyətini aşağı salır.
İştirakçıların hər biri yuxarıdakılar ilə razılaşaraq petisiyada iştirak edir və sizdən Bakı Dövlət Universitetində dövlət imtahanının ləğvini həyata keçirməyinizi xahiş edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB