Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbulu elan olunub
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.
Məlumatda bildirilir ki, imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Qeydiyyat cari ilin 22, 23, 24 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq.
İmtahanda iştirak etmək hüququna 2013-cü il may ayının 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Qeyd dək ki, Rusiya Federasiyası ali məktəblərinə keçiriləcək müsabiqədə iştirak edən abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsabiqəsində iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün təsdiq olunmuş "Elektron ərizə"ni, əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini təqdim edilməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB