Bu gün ali məktəbə hazırlaşan abituriyentlər üçün növbəti sınaq imtahanları keçirilib. SİA-nın məlumatına görə, sınaq imtahanları Bakı, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 17 binada baş tutub. İmtahanda 15 minə yaxın abituriyent iştirak edib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən başlanıb, sonuncu imtahan mayın 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB