Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyilə "EducationUSA "Alumni Fair"" adlı təhsil sərgisi keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd maraqlanan şəxsləri ABŞ universitetlərində təhsil alma imkanları barəsində məlumatlandırmaqdır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Christopher Jones bildirib ki, keçirilən təhsil yarmarkasında ABŞ-da təhsil alan 30 nəfər məzun könüllü olaraq sərgidə iştirak edənlərə məlumata verəcək: " "Education USA" sərgisi ABŞ dövlət departamentinin proqramı çərçivəsində həyata keçirilir və bu proqram tərəfindən tam maliyyələşdirilib. Maraqlanan şəxslər bu təşkilatın Bakı, Sumqayıt və Gəncədə yerləşən nümayəndəliklərinə müraciət etməklə proqramdan yararlana bilərlər".
Qeyd edək ki, sərgidə 25-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB