Şəmsəddin Hacıyev: “Elm haqqında” qanunda yeni müddəalar yer alacaq”

Şəmsəddin Hacıyev: “Elm haqqında” qanunda yeni müddəalar yer alacaq”

Qəbul olunacaq "Elm haqqında" qanunda tam yeni müddəalar yer alacaq". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, bu qanun təhsilin, elmin bütün istiqamətlərini özündə əks etdirməklə yanaşı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına qədər bütün istiqamətləri özündə əks etdirir: "Motivasiya və elmə həvəsləndirmə qanunda əsas istiqamət olaraq öz yerini tutub".

Ş.Hacıyev elmlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə də münasibət bildirib: "Hesab edirəm ki, elmlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Xahiş edirəm ki, mənim fikrim düzgün ifadə olunsun. Mən hərbi xidmətdən azad olunmanın tərəfdarı deyiləm. Hər bir azərbaycanlı kişisi vətən qarşısında öz borcunu verməlidir. Burada söhbət möhlət hüququndan gedir. Yəni təhsilin fasiləsizliyini təmin etmək üçün möhlət hüququnun verilməsi əhəmiyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə