“5-ci Gənclik Şənliyi” keçirilib

“5-ci Gənclik Şənliyi” keçirilib

Qafqaz Universitetinin təşkilatçılığı ilə universitetin şəhərciyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "5-ci Gənclik Şənliyi" adlı tədbir keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, Ulu Öndər Heydər Əliyevin irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. Rektorun sözlərinə görə, Dahi Şəxsiyyət bunları insan üçün mənəvi əsas kimi qəbul edib: "Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Öz xalqının milli-mənəvi gücünə, milli mədəniyyətinə arxalanan Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurub və onun ideoloji əsaslarını yaradıb. Gələcək inkişafın təminatçısı olan gənc nəslin təlim və tərbiyəsi üçün ilk növbədə nümunə olan Lider müasir gənclər siyasətinin banisidir".

Rektor qeyd edib ki, Fenomen insan Heydər Əliyevin yolunun davamçısı olan cənab prezident İlham Əliyevin təşəbbüsü ilə son illər dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır.

Sonra Qafqaz Universitetində hər il ənənəvi olaraq Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən Tələbələrin "Gənclik Şənliyi" çərçivəsində 3000-dən çox tələbənin sərbəst səsvermə əsasında müxtəlif nominasiyalar üzrə "ilin adamları"ı seçib və bu şənlikdə nominantlara mükafatlar təqdim edilib.

Tədbir münasibətilə universitet şəhərciyində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə