“Xarici dillərin tədrisinin aktual problemləri” bitdi

“Xarici dillərin tədrisinin aktual problemləri” bitdi

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Xarici dillərin tədrisinin aktual problemləri" adlı beynəlxalq elmi-praktik konfransa yekun vuruldu. ADU-dan SİA-ya verilən məlumata görə, konfransın bağlanış mərasimində çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov bölmələrdə maraqlı müzakirələrin getdiyini söylədi. Əvvəlki konfranslara nisbətən bu dəfəki konfransın beynəlxalq statuslu olduğunu deyən D. Yunusov konfransda 25 ali məktəb nümayəndəsinin iştirak etdiyini bildirdi. Prorektor konfransda dünyanın bir sıra ölkələrindən - Türkiyə, Almaniya, ABŞ, Rusiya, Cənubi Koreya, Böyük Britaniyadan alimlərin iştirak etdiyini diqqətə çatdırdı. O, son illərdə ADU-da 40-a yaxın konfrans keçirildiyini vurğuladı.

Sonra konfransın bölmə rəhbərləri – professorlar Gülnar Hüseynzadə, Dilarə İsmayılova, Məsməxanım Qazıyeva, Nigar Vəliyeva, Bilal İsmayılov, Azad Məmmədov və dosent Əmralı Şirəliyev çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər. Bölmə rəhbərləri iclaslarda edilən çıxışları qənaətbəxş hesab etdiklərini və bölmələrdə aparılan qarşılıqlı fikir mübadilələrini müsbət xarakterizə etdiklərini bildirdilər.

Almaniyanın Frayburq Pedaqoji Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun professoru, Tədris və Araşdırma işləri üzrə prorektoru, Yazı Mərkəzinin direktoru Hans Verner-Huneke, ABŞ-ın Vaşinqton şəhərində yerləşən Tətbiqi Dilçilik Mərkəzinin direktoru, əlaqələndirici vitse-prezidenti Deborah Kennedi çıxış edərək konfransın işini yüksək qiymətləndirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə