Təhsil Nazirliyi tərəfindən hər il keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsinə bu günədək 230 layihə təqdim olunub. Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar.
"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar. Qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqədə 2010-2012-ci illər ərzində ümumi olaraq 2000-dən artıq elektron resurs təqdim edilib, təhsil portalında yerləşdirilib.
Müsabiqənin rəsmi internet-səhifəsində (www.musabiqe.edu.az) bu günədək 3812 müəllim, 1233 tələbə, 3155 şagird və 400 valideyn qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu 24 may 2013-cü il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB