İmtahanların nəticəsi iyun ayında elan ediləcək

İmtahanların nəticəsi iyun ayında elan ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın orta məktəblərinin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrini iyun ayında elan edəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, nəticələr elan olunduqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək. O bildirib ki, monitorinq imtahanları zamanı şagirdlərə təqdim olunan kitabçalarda suallar yazılıdır: "İmtahan sonrasında həmin yazı işlərini yoxlamaq üçün "marker" adlanan müəllimlər hazırlanıb. Bu proses, kitabçaların yoxlanması isə bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Ona görə də nəticələrin yoxlanması 1 ay çəkəcək".

TQDK sədri qeyd edib ki, bütün ölkə üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra həm XI, həm də IX siniflər üzrə nəticələr Təhsil Nazirliyinə təqdim ediləcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə