Məleykə Abbaszadə: "Dərsliklərin monitorinqinin aparılması TQDK-ya həvalə edilib"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu vaxta kimi dərsliklərin hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə mövcud olan müəyyən problemlərə aydınlıq gətirib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən dərsliklərin monitorinqinin aparılması TQDK-ya həvalə edilib.
Onun sözlərinə görə, monitorinq elmi əsaslarla aparıldıqda və dərsliklərdə problemlər aşkar olunduqda, bunlar Təhsil Nazirliyinə bildirilməlidir: "Bu istiqamətdə yeni nazirlə müzakirə aparmışıq. Biz uşaqların mövqeyini müdafiə edirik və hamımız istəyirik ki, dərsliklər keyfiyyətli, müasir olsun. Texniki cəhətdən düzəldilməsi mümkün olan səhvlər düzəldilməli, düzəldilməsi mümkün olmayanlar isə əlavə yollarla, yeni kitabçaların çapı və digər vasitələrlə aradan qaldırılmalıdır. Hər bir halda məsələyə individual yanaşmaq lazımdır. Bu məsələlər aradan götürülməlidir ki, yeni ilə hazırlanan dərsliklərdə bu səhvlər olmasın. Dərsliklərlə bağlı məsələlər daimi diqqət mərkəzindədir və çalışacağıq ki, Azərbaycan vətəndaşları, şagirdləri yalnız keyfiyyətli dərsliklərlə işləsinlər".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB