TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə böyük töhfələr verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Mikayıl Cabbarovun yeni təhsil naziri təyin edilməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, TQDK sədri jurnalistlərə açıqlamasında yeni təhsil naziri Mikayıl Cabbarova uğurlar arzulayıb.
TQDK sədri qeyd edib ki, təhsil sahəsində hər iki qurumun birgə fəaliyyəti bu sahənin inkişafı üçün uğurlu olacaq: "Ümid edirəm ki, TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə böyük töhfələr verəcək. Təhsil naziri Mikayıl Cabbarovla hər gün müəyyən telefon danışıqlarımız olur, müxtəlif məsələlər müzakirə olunur. Həll edilməmiş məsələlər öz həllini tapmalıdır. Bunun üçün də açıq şəkildə müzakirələr aparılır. Yeni nazirlə işgüzar münasibət qurulub və normal fəaliyyət göstəririk".
Nərmin Nəsirili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB