Mikayıl Cabbarov: “Bu məsələ barəsində tam fikir bildirmək hələ tezdir”
"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhsil sahəsində o cümlədən diplomların tanınması sahəsində qanunun tələbləri ali tutulacaq". SİA-nın məlumatına görə, bu sbu gün jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov Xaricdə təhsil alan jurnalistlərin diplomlarının təsdiqlənməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
M.Cabbarovun sözlərinə görə, "Azərbaycan Respublikasının 2020: İnkişaf Konsepsiyası" var və Təhsil Nazirliyinin də bütün işləri həmin sənədə uyğun olaraq həyata keçiriləcək.
Təhsil sahəsindəki problemlərə də toxunan M.Cabbarov bildirib ki, bu məsələ barəsində tam fikir bildirmək hələ tezdir.
Təhsil Nazirliyi ilə TQDK arasındakı soyuq münasibətlərə də aydınlıq gətirən nazir deyib ki, təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumları ilə qarşılıqlı münasibətlər, hörmət, qanunun aliliyi Azərbaycan dövləti vətəndaşlarının xeyirli rifahı naminə olacaq".
Müəllimlərin məvaciblərinin artırılmasına gəlincə isə, M.Cabbarov bu məsələnin diqqət mərkəzində olacağını əlavə edib.
Təhsil naziri birinci sinfə qəbul olunacaq şagirdlərin məsələsi ilə bağlı sualları da cavablandırıb: "Biz təhsil sahəsində hansısa erkən qərarların verilməsinin tərəfdarı deyilik. Ümumiyyətlə, şagirdlərin 1-ci sinfə müsabiqə yolu ilə qəbul olunması məsələsi yaxından araşdırılır, təkmilləşdirilir və ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB