Təhsil naziri Mikayıl Cabbarov dərslik sahəsində mövcud problemlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, təhsil naziri qeyd edib ki, cəmiyyətdə formalaşan fikrə görə, dərslikləri Təhsil Nazirliyi hazırlayır: "Lakin bu, belə deyil. Hər bir dərsliyin öz müəllifi var. Dərslik onların zehni əməyinin məhsuludur. Dərsliklərin məzmunu isə ictimai əsaslarla fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilir. Təbii ki, hamıdan çox biz maraqlıyıq ki, məktəblərdə tədrisin keyfiyyətləri dərsliklər üzrə təşkil edilsin. Obyektiv səbəblərə görə bu, müəyyən vaxt tələb edən məsələdir".
Mikayıl Cabbarov onu da əlavə edib ki, biz bu istiqamətdə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB