Bu gün Gülüstan sarayında Heydər Əliyev-90 inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və digər qonaqlar iştirak edir. Mərasimə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə start verilib.
Qeyd edək ki, tədbir Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Nazirliyi, Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB