31 şəhər və rayonda sınaq imtahanları keçiriləcək

31 şəhər və rayonda sınaq imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il mayın 5-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 31 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Komissiyadan SİA-ya daxil olan məlumata görə, sınaq imtahanı Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 54 binada keçiriləcək.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə