Məleykə Abbaszadə Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək. TQDK-dan SİA-ya verilən məlumata görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayolarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qazax rayononda keçiriləcək qəbulda Qazax, Agstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər. Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölmədəsində (ünvan: Heydər Əliyev meydanı İnzibati bina) keçiriləcək.
Qazax şəhərində qəbul mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur.
Bundan əlavə, TQDK Gəncə regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Şəmkir, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar. Qeydiyyat mayın 2-də Şəmkir və Gədəbəy, mayın 3-də Göygöl və Naftalan, mayın 6-da Goranboy, mayın 7-də Daşkəsən, mayın 8-də Samux, mayın 13-də Qazax və Ağstafa, mayın 14-də isə Tovuzda aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB