Azərbaycan Dillər Universitetində (ADU) universitetin Avstriya Mərkəzinin təşkilatçılığı ilə başlayan alman dili müəllimlərinin "Didaktikada və dilçilikdə müasir metodikalar" mövzusunda iki günlük seminar başa çatıb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminarda 30 nəfər alman dili müəlliminə Avstriyanın aparıcı universitetlərin professorları təlim keçiblər.
Avstriya Respublikasının Təhsil Nazirliyinin Alman dili xarici dil kimi idarəsinin rəisi Norbert Habelt rəhbərlik etdiyi professor heyəti müəllimlərə "Avstriya-Quiz" Tədris materiallarını, "Avstriya rəssamlıq tərzində", "Alman dili dərsində yaradıcı yazı", "Plurisentika-Avstriya almancası" mövzularından bəhs ediblər. Valter Talhamer, Vera Ahamer, Martin Valz və Norbert Habelt tərəfindən keçirilən seminar Ştefan Zvayqın "Bizansın işğalı" qiraəti ilə yekunlaşıb.
Xatırladaq ki, seminar aprelin 29-da başlamışdı. Açılış mərasimində Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç də iştirak edib.
Qeyd edək ki, ki, ADU-da Avstriya Mərkəzi 2010-cu ilin iyun ayından fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB