Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 29-da, 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir. TQDK-dan SİA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 29 - da Azərbaycan dilindən, aprelin 30-da riyaziyyatdan, mayın 1-də isə fizika fənnindən imtahan verirlər.
Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 29 –da Azərbaycan dilindən, aprelin 30-da isə riyaziyyat fənnindən imtahan verirlər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 1-də rus dili fənnindən imtahan verirlər.
Qeyd edək ki, Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında imtahanlar 6, 7 və 8 may tarixlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB