Müəllimlər də vahid formaya keçdi

Müəllimlər də vahid formaya keçdi

BŞTİ-nin tabeliyindəki 20-dən artıq məktəbdə müəllimlər vahid geyim geyinir. Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, vahid məktəbli formasına keçid günün əhəmiyyətinə görə, heç də geri qalmayan bir məsələni də-müəllimlərin geyimini gündəmə gətirib. Bu gün artıq Bakı məktəblərində müəllimlərin geyimi nə şagirdlərdə, nə valideynlərdə, nə də ictimaiyyətin digər nümayəndələrində narazılıq yarada biləcək tərzdə deyil.

Hətta bəzi müəllimlər təşəbbüsü dəstəkləməklə kifayətlənməyib, vahid geyimə keçidin təşkili ilə bağlı təkliflərlə də çıxış edib. Bu gün BŞTİ-nin tabeliyindəki 20-dən artıq məktəbdə müəllimlər üçün vahid geyim müəyyən edilib və müəllimlər bu geyimlərin müəyyənləşdirilməsində tam sərbəstdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə