"Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan İnformasiya Texnologiyaları Universiteti bu il sentyabrın 15-dən fəaliyyətə başlayacaq". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov jurnalistlərə deyib.
Onun sözlərinə görə, həmin universitetin əsasnaməsi və hansı ixtisaslar üzrə kadrların hazırlanacağına dair sənədlər Təhsil Nazirliyinə göndərilib: "Bu yaxınlarda Təhsil Nazirliyi bununla bağlı öz rəyini bildirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə qəbul planına əsasən tələbələrin qəbulunu aparacaq".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB