Aparat rəhbəri: "BDU-da müvafiq baza və kadr potensialı yoxdur"

Aparat rəhbəri: "BDU-da müvafiq baza və kadr potensialı yoxdur"

"Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsinin yaranması üçün ali məktəbdə müvafiq baza və kadr potensialı yoxdur". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov jurnalistlərə deyib. O, bildirib ki, tibb sahəsi elə bir sahədir ki, hər bir ali məktəbdə yaratmaq olmaz.

Aparat rəhbərinin sözlərinə görə, bunun üçün yüksək texniki təchizat və kadr potensialı lazımdır: "Lakin hələ ki, Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılması nəzərdə tutulmayıb".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə