V və XI sinif şagirdlərinin nəzərinə!!!

Monitorinq imtahanlarının vaxtı açıqlandı
V və XI sinif şagirdlərinin nəzərinə!!!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir. TQDK-dan SİA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri bu gün riyaziyyatdan, mayın 1-də isə fizika fənnindən, V sinif şagirdləri isə riyaziyyat fənnindən, rus bölməsinin V sinif şagirdləri isə mayın 1-də rus dili fənnindən imtahan verəcəklər.

Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında imtahanlar 6, 7 və 8 may tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə