Bakıda təhsil sərgisi keçiriləcək

Bakıda təhsil sərgisi keçiriləcək

Bakıda 27-28 aprel 2013 tarixlərində Türkiyənin dövlət və özəl universitetləri, yataqxanaları, kolleclərinin iştirakı ilə təhsil sərgisi təşkil olunacaq. Yalnız Türkiyə təhsil ocaqlarının qatılacağı sərgidə 30-dan artıq qurum iştirak edəcək. SİA-nın xəbərinə görə, sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək. Sərgidə Bahçeşehir Universiteti, Aydın Universiteti, Atatürk Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Akdeniz Universiteti və digər ali təhsil ocaqları təmsil olunacaq. Sərgi saat 12:00-18:00 arası baş tutacaq.

eyd edək ki, "Akademi Group" şirkəti tərəfindən təşkil olunacaq sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, sərgi 27-28 aprel tarixlərində "Hilton" otelində baş tutacaq. Sərgiyə giriş ödənişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə