Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprelin 25–də Bakı şəhəri 53 saylı orta ümumtəhsil müəssisəsində keçirilən monitorinq imtahanı ilə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılması ilə əlaqədar Komissiya məlumat yayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil müəssisəsində aprelin 25-də fizika fənni üzrə keçirilən monitorinq imtahanında XI sinif şagirdlərindən bir neçəsi imtahanın gedişinə mane olaraq intizamsız hərəkətlər ediblər. Bu, imtahan rəhbəri tərəfindən tənbehlə qarşılanıb və onlara sərt şəkildə xəbərdarlıq edilib. İmtahan rəhbərinin sərt reaksiyası şagirdlər tərəfindən kobudluqla qarşılanıb.
Daha sonra imtahan prosesinin təlimata uyğun qaydada aparılmasını təmin etmək mümkün olub.
Qeyd edirik ki, Komissiya nümayəndələrinin döyülməsi və guya imtahan zamanı hicablı şagirdə geyiminə görə irad bildirilməsi ilə bağlı əvvəlcə sosial şəbəkələrdə, daha sonra KİV-də yayılmış şayiə xarakterli məlumatların heç bir əsası yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB