Yeni nazir jurnalistlərlə sıx əməkdaşlıq etmək istəyir

Yeni nazir jurnalistlərlə sıx əməkdaşlıq etmək istəyir

Təhsil Nazirliyi KİV-lər ilə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Nazirliyin mətbuat xidməindən SİA-ya verilən xəbərə görə, bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Bildirilir ki, KİV-lərdən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq. Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin [email protected] elektron poçt ünvanına və ya 012 496-37-76 nömrəli faksına göndərilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə