Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova və Beynəlxalq şöbənin baş mütəxəssisi İlham Abasov Çin Xalq Respublikasında səfərdə olublar. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 14-dən 19-dək davam edən səfər çərçivəsində ADU-nun nümayəndə heyəti Siçuan Universitetində bir sıra görüşlər keçirib.
Görüşdə ADU və Siçuan Universiteti arasında qarşılıqlı əməkdaşlığın genişlənməsi, tələbə-müəllim mübadiləsi, tərəfdaşlıq məsələləri müzakirə olunub. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru universitetdə Çin Mərkəzinin açılacağı barədə məlumat verib.
Qeyd edək ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Çin dilinin tədrisi və öyrənilməsi ilə bağlı müxtəlif mövzular ətrafında da müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB