“Mən fəxr edirəm ki, Azərbaycanlıyam…”

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam…”

Bu gün Məmməd Rahim adına 7 saylı tam orta məktəbin kollektivi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən "Mən fəxr edirəm ki, Azərbaycanlıyam…" mövzusunda elmi- praktik konfrans keçirib. SİA-nın məlumatına görə, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın həyat yoldaşı Feys Morninqstar, Səbail rayon icra başçısının I müavini Xalidə Bayramova, Bakı şəhər Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov və başqa məktəblərin direktorları iştirak edib.

Məktəbin direktoru Gülnaz Mehdizadə açıqlamasında bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunan 23 açıq dərs təyin olunub: "Heydər Əliyevin iris hər zaman öyrənilib. Bu gün də onun həyatına bir daha dərindən nəzər salmaq istədik. Bu münasibətlə ABŞ, Moskva və bir sıra məktəblərlə canlı bağlantımız olacaq".

Məlumat üçün bildirək ki, açıq dərslər 1-ci sinif daxil olmaqla 11-ci sinifdə də keçirilib.

Qeyd edək ki, bugünkü tədbirdə həmçinin şagirdlərin əl işləri nümayiş olunub. Bununla yanaşı, məktəbdə uzun müddətdir keçirilən idman yarışlarının final mərhələsi də bu gün yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə