Bakı Ali Neft Məktəbində (BANM) Norveçin "Statoil" şirkətinin Sualtı Hasilat Sistemləri bölümünün sualtı texnologiyalar və əməliyyatlar üzrə mühəndisi Şahin İsmayılov tərəfindən tələbələr üçün ingilis dilində təqdimat keçirilib. BANM-dan SİA-ya verilən xəbərə görə, məruzəçi 30 illik neft tarixi olan "Statoil" şirkətinin yaranma və inkişaf tarixi, şirkətin sualtı hasilat sistemləri, sualtı qurğuların birləşmə konsepsiyaları: fasiləsiz hasilatın təmin olunması sahəsində təcrübə, sualtı qurğuların platformalara və sahilə birləşməsi, sualtı fəaliyyətdə ekoloji monitorinqin təşkili, sualtı neft-qaz hasilatı kompleksi qurğularına nəzarət və onların istismarı və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar verib və prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirib.
Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbində neft-qaz və kimya sənaye sahələrinin fəaliyyətinə aid bu cür silsilə təqdimatların dünyanın digər aparıcı neft-qaz hasil edən ölkələrin mütəxəssislərinin cəlb edilməsi yolu ilə il boyu təşkil edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB