Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aprelin 23, 24 və 25 –də Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında keçirilən monitorinq imtahanları başa çatıb. Komissiyadan SİA-ya daxil olan məlumata görə, hazırda TQDK-da bu imtahanlarda iştirak edən şagirdlərin cavablarının yoxlanması həyata keçirilir.
Xatırladaq ki, Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23 - də Azərbaycan dilindən, aprelin 24 – də riyaziyyatdan, aprelin 25 – də isə fizika fənnindən, Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23 –də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən, rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan veriblər.
Qeyd edək ki, monitorinq imtahanları respublikanın daha 26 bölgəsində keçiriləcək. http://tqdk.gov.az/az/press/news/Default.aspx?news=2911 linkində həmin imtahanların bölgələr və orta ümumtəhsil müəssisələri üzrə keçirilmə tarixləri ilə tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB