22-24 aprel tarixlərində Bakıda Azərbaycan Respublikası ilə İSESKO arasında əməkdaşlıq proqramı çərçivəsində "Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması" mövzusu üzrə milli seminar keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, seminarda Nazirliyin əməkdaşları və İSESKO-nun nümayəndəsi Məhəmməd Həlal iştirak ediblər. Təhsil nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın rəhbərlik etdiyi seminarda yerli mütəxəssislər və Malayziyadan gəlmiş ekspertin – Nik Ahmad Hişam İsmailin iştirakı ilə ali təhsilin müqayisəli təhlili aparılıb.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələri üçün fənn kurikulumlarının hazırlanması, təhsilin keyfiyyətinin planlaşdırılması, ali təhsil müəssisələrinin idarə olunmasında yeni tendensiyaların tətbiqi, universitetlərlə iş adamları arasında əməkdaşlıq, elmi-tədqiqat işlərinin planlaşdırılması, doktorantura təhsilində islahatlar və digər məsələlərin müzakirəsindən ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB