"Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində universitet və gimnaziya yaradıla bilər". SİA-nın məlumatına görə, bunu AMEA-nın yeni prezidenti Akif Əlizadə jurnalistlərə açıqlaması zamanı deyib.
"Bunlar hamısı gələcəyin işidir. Bu məsələlər hələ öyrənilməli, təhlil edilməli və daha sonra tədricən həyata keçirilməlidir. Bu universitetdə bir çox sahələr üzrə kadr hazırlığı aparıla bilər. Burada həm də humanitar, təbiət elmləri, texniki sahələr üzrə kadr hazırlanması mümkündür",- deyə o fikirlərinə əlavə edib.
Əlizadənin sözlərinə görə, AMEA-da magistratura səviyyəsi üzrə kadr hazırlığının aparılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB