Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. Komissiyadan SİA-ya verilən məlumata görə, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər ümumi qaydada təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surətini və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) 1-21 may tarixlərdə TQDK-ya və ya Komissiyanın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər.
Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB