Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub

Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub

Bu gün Təhsil Nazirliyində keçirilən geniş miqyaslı iclasda yeni təhsil naziri Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub. SİA-nın məlumatına görə, nazirin təqdimatını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib. İclasda çıxışı zamanı Ramiz Mehdiyev yeni nazirə və nazirlik kollektivinə müəyyən tövsiyə və tapşırıqlarını verib.

Məlumat üçün bildirək ki, təqdimatda sabiq təhsil naziri Misir Mərdanov iştirak etməyib. Həmçinin, hər hansısa bir kadr dəyişikliyi də edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə