Liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib
Bu gün Heydər Əliyev adına liseydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə millət vəkili Aydın Mirzəzadə, Nizami rayon icra hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov, xalq artisti Alim Qasımov, liseyin müəllim və şagird kollektiv və digər qonaqlar iştirak edib. Liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov tədbirin açılışında çıxış edərək tarix yaradan şəxsiyyətlərdən birinin də məhz Heydər Əliyev olduğunu deyib. O bildirib ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, ölkənin ən təlatümlü dövründə xalqın çağırışı ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlib: "Bu gün milyonlarla insan ulu öndərin əsasını qoyduğu, iqtisadiyyatda, sosial sferada, təhsildə, mədəniyyətdə, ümumiyyətlə bir çox sahələrdə uğur əldə etmiş Azərbaycanda doğulub yaşaması ilə fəxr edir. Bu dahi şəxsiyyət hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan xalqının gələcəyi üçün çalışıb, böyük nailiyyətlər əldə edib. İndi də bu uğurlu siyasəti prezident İlham Əliyev davam etdirir".
Fəaliyyətə başladığı ilk gündən etibarən Ümummili Liderin Azərbaycanın indiki vəziyyətini düşünərəkdən addım atdığını deyən Zaməddin Əkbərov bu addımların ölkəni yüksək zirvələrə daşıdığını qeyd edib. Onun sözlərinə görə, 20 il bundan öncə Azərbaycanı düşdüyü böhran vəziyyətdən məhz Heydər Əliyev xilas edib: "Azərbaycan xalqının çağırışı ilə hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev həm iqtisadi, həm siyasi, həm də sosial cəhətdən böhrana düçar olmuş ölkədə islahatlara başladı. Aparılan islahatların nəticəsi isə bu gün bir sıra beynəlxalq tədbirlərin keçirildiyi, dünyanın aparıcı ölkələri arasında adı hallanan, regionda bütün sahələrdə ən inkişaf etmiş Azərbaycan dövlətidir".
Daha sonra çıxış edən millət vəkili Aydın Mirzəzadə ulu öndərin yaşadığı mühitdə doğulduğuna görə özünü xoşbəxt hesab etdiyini bildirib. Millət vəkilinin fikrincə Heydər Əliyev sadəcə dövlət yaradan bir şəxs deyil, o bunula yanaşı həm də tarix yazmış bir şəxsiyyətdir: "Ümummili liderin əsasını qoyduğu siyasət nəticəsində ölkənin iqtisadiyyatı, ictimai-sosial vəziyyəti inkişaf edib, Azərbaycan dünya arenasında aparıcı dövlətlərin arasında özünə layiqli yer tutub. 20 il öncə Azərbaycan müstəqilliyini qoruyub saxlamaq üçün kredit alan ölkə idisə, artıq bu gün ölkəmiz digər dövlətlərə kredit verən ölkəyə çevrilib. Həmçinin dünyanın ən öndə gedən dövlətləri bu gün Azərbaycanı öz sıralarında dost ölkə olaraq görmək arzusundadırlar. Düşünürəm ki, bu uğurların hər biri Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir və hər bir azərbaycanlı da bu nailiyyətlərlə fəxr etməlidir".
Tədbir Alim Qasımov və digər incəsənət ustalarının ifası ilə davam edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB