Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib FOTOLAR
Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Nadir Qəhrəmanov oftalmoloq alimin həyat yolu, eləcə də oftalmologiya sahəsindəki xidmətləri barədə məlumat verib Rektor qeyd edib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır: "Zərifə xanım 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük xidmətləri olub. Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib. 1981-ci ildə Zərifə Əliyeva yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülüb".
Sonra tədbirdə görkəmli oftalmoloq alimin həyat və peşə fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.
Daha sonra çıxış edən Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev akademik Zərifə Əliyevanın həyat yolu barədə bir sıra məlumatları diqqətə çatdırıb.
Akademik Ü.Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva görkəmli oftalmoloq alimin peşə fəaliyyəti barədə danışdı, onun oftalmologiya sahəsindəki tədqiqatlarının nəticələrindən istər həmin dövr, istərsə də sonrakı illərdə geniş şəkildə istifadə olunduğunu söyləyib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, yazıçı Hüseynbala Mirələmov isə görkəmli alimin həyat və peşə fəaliyyətindən bir sıra məqamları diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB