ADU-da Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Spartakiada keçirildi FOTO
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ADU-nun Müəllim Həmkarlar İttifaqı və Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının birgə təşkil etdiyi ali təhsil müəssisələri işçiləri arasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Spartakiada keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, Spartakiada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında 21 yanvar 2013-cü il tarixli Sərəncamına və Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin ulu öndərin anadan olmasının 90-cı ildönümü münasibətilə, onun xatirəsinə ehtiram əlaməti olaraq olaraq ali təhsil müəsssisələrində çalışan işçilər arasında sağlam həyat tərzinin formalaşdırılması, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə 213 saylı qərara əsasən baş tutdu.
Spartakiada ADU-nun işçiləri arasında stolüstü tennis, stolüstü dama, şahmat, nərd oyunu, voleybol, futbol idman növləri üzrə keçirildi. Yarışlarda seçilən komanda üzvləri yenidən universitetlərarası Spartakiadada iştirak edəcəklər. Seçimlərdən sonra universitetin 6 komandası universitetlərarası keçirilən yarışlarda ADU-nu təmsil edəcək.
Qeyd edək ki, Spartakiadanın I turu hər bir ali məktəbdə aprel ayında, II yekun respublika turu isə may ayında keçiriləcək. Sonda hər bir idman növü üzrə qaliblərə kuboklar, diplomlar təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB